“Roma”nın futbolçusu ÇL-in tarixinə düşdü

“Roma” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Portu”nu 2:1 hesabıyla məğlub edib.

Komanda.az xəbər verir ki, görüşdə romalıların hər iki qolunun müəllifi olan Nikolo Zaniolo, Çempionlar Liqası tarixinə düşüb. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Belə ki, 19 yaşlı yarımmüdafiəçi Çempionlar Liqası tarixində qol vuran ən gənc ikinci italyan futbolçu olub. ÇL-də fərqlənən ən gənc italiyalı isə Mario Balotellidir.

Zaniolo həm də, Çempionlar Liqasında bir oyunda iki qol vurmağı bacaran ən gənc futbolçu ünvanını qazanıb.

“Portu” ilə “Roma” arasındakı cavab matçı martın 6-da keçiriləcək.