“Roma”nın futbolçusu rəsmən “İnter”də

İtaliyanın “İnter” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Milan təmsilçisi Serbiya yığmasının və “Roma”nın müdafiəçisi Aleksandar Kolarovu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 34 yaşlı cinah müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.

“İnter” bu transferə görə “Roma”ya 2 milyon avro ödəyəcək. Futbolçu özü isə yeni klubunda ilinə 3.5 milyon avro qazanacaq.

Kolarov 2017-ci ildən “Roma”da çıxış edirdi. O, İtaliyada daha öncə “Latsio”nun da uğurları üçün çalışıb (2007-2010). 2010-2017-ci illər aralığında “Mançester Siti”də forma geyinmiş serb futbolçu, öz ölkəsində “Çukariçki” və OFK klublarında oynayıb.