“Roma”nın futbolçusu PSJ-yə keçir

“Roma”nın futbolçusu Alessandro Florensi karyerasını Fransada davam etdirməyə yaxındır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi PSJ-nin transfer hədəfindədir. Tərəflər arasında aparılan ilkin danışıqlarda razılığın əldə olunduğu bildirilir. Florensinin bu həftənin sonlarında tibbi müayinə üçün Parisə gedəcəyi bildirilir.

2012-ci ildən “Roma”da çıxış edən İtaliya millisinin üzvünün klubla müqaviləsi 2023-cü ildə başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button