“Roma”nın futbolçusu “Yuventus”a keçə bilər

“Roma”nın futbolçusu Nikolo Zaniolo karyerasını “Yuventus”da davam etdirə bilər.

Komanda.az xəbər verir ki, Turin təmsilçisi Zaniolonu komandadan ayrılacağı iddia olunan Paulo Dibalaya əvəzləyici kimi düşünür. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Yuventus”un 22 yaşlı yarımmüdafiəçi üçün yaxın zamanda “Roma” ilə danışıqlara başlayacağı gözlənilir.

Zaniolonun “Roma” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.