“Roma”nın futbolçusu nə vaxt qayıdacaq? – anası açıqladı

Bir müddət əvvəl əməliyyat olunan “Roma” klubunun futbolçusu Nikolo Zaniolonun yaşıl meydanlara qayıdacağı vaxt məlum olub.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu barədə futbolçunun anası Françeska Kosta məlumat verib:

“Nikolo yaxşıdır və motivasiyalıdır. Hər gün fizioterapiya və məşq edir. Onun tezliklə sağalacağına ümid edirik. Nikolo gələn ilin mart və ya aprel ayında meydana çıxmağa hazır olacaq. Bu, nə tez, nə də gec ola bilər”.

21 yaşlı futbolçu sentyabrın əvvəlində əməliyyat olunub.