“Roma”nın futbolçusu “Leyptsiq”də

“Roma” daha bir futbolçusunu icarəyə göndərib.

Komanda.az xəbər verir ki, İtaliya klubu niderlandlı yarımmüdafiəçisi Castin Kluyverti “Leyptsiq”ə icarəyə verib.

Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçu Bundesliqa təmsilçisində “21” nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Patrik Kluyvertin oğlu olan Castin, 2018-ci ildən “Roma”da çıxış edir. “Ayaks”ın yetirməsi olan futbolçu Niderland yığmasına da dəvət alır.