“Roma”nın forvardı Serbiya klubunda

“Roma”nın hücumçusu Sadiq Umar yeni mövsümdən karyerasını Serbiyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi 22 yaşlı forvardını “Partizan”a icarəyə verib.

Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. İcarə müqaviləsinin müddəti 1 illikdi. Serbiya klubu mövsümün sonunda gənc forvardın transfer hüquqlarına da yiyələnmək şansına malik olacaq.

Nigeriyalı futbolçu son üç mövsümdə icarə əsasında “Bolonya”, “Torino”, “NAK Breda”, “Qlazqo Reyncers” və “Peruca”da da çıxış edib.

Sadiq Umar “Roma”nın heyətində A Seriyasında 6 qola imza atıb.