“Roma”da koronavirusa yoluxanların sayı 4-ə çatdı

İtaliyanın “Roma” klubunun daha bir futbolçusu koronavirusa yoluxub.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “canavarlar”ın futbolçusu Castin Kluyvertin koronavirus testi pozitiv olub. 21 yaşlı futbolçunun karantinə alındığı bildirilir.

Kluyvert “Roma”da koronavirusa yoluxan 4-cü futbolçu olub. Daha əvvəl Antonio Mirante, Karles Peres və Bruno Peresin koronavirus testinin pozitiv nəticələndiyi açıqlanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button