Mourinyo: “Günahkar VAR”

“Roma”nın baş məşqçisi Joze Mourinyo A Seriyasının 6-cı turunda “Latsio”ya məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, portuqaliyalı mütəxəssis, 2:3 hesabıyla bitən matçı belə şərh edib:

“Məğlub olan bizik, amma bir çox şey gözəl oldu. İtaliya futbolu da artıq hücum futboluna çevrilib. Bir çox oyunlarda bunun nümunəsini görürük.

Oyun möhtəşəm idi. Amma hakimlər və VAR oyunun səviyyəsinə çata bilmədi. “Latsio”nun ikinci qolundan əvvəl hesab 1:1 ola bilərdi. VAR böyük səhv etdi. Lukas Leyva da ikinci “sarı”nı alıb, qovulmalıydı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button