“Roma”dan “Liverpul”a təklif – 2 milyon+16 milyon

Müdafiə mövqeyinə axtarışlarını davam etdirən İtaliyanın “Roma” klubu “Liverpul”un futbolçusuna “elçi düşüb”.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qırmızılar”ın xorvatiyalı futbolçusu Deyan Lovren “canavarlar”ın transfer hədəfindədir. Futbolçunu icarə əsasında heyətinə qatmaq istəyən paytaxt klubu “Liverpul”a 2 milyon avroluq təklif göndərib. Növbəti mövsümün sonunda Lovrenə birdəfəlik sahib olmağı düşünən “Roma”, bunun üçün qarşı tərəfə 16 milyon avro ödəməli olacaq.

“Liverpul”un isə bu transferdən ümumilikdə 20 milyon avro qazanmağı planlaşdırdığı və iki klub arasında danışıqların davam etdirildiyi bildirilir.

2014-cü ildən “Liverpul”un şərəfini qoruyan 30 yaşlı futbolçunun Mersisayd klubu ilə müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub. Onunla “Milan”ın da yaxından maraqlandığı deyilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button