“Roma”dan futbolçusuna yeni təklif

İtaliyanın “Roma” klubu yarımmüdafiəçisi ilə yeni müqavilə imzalamaq niyyətindədir.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, paytaxt klubu Lorenso Pelleqriniylə müqavilənin müddətini uzatmaq istəyir. “Canavarlar” yeni müqavilə ilə 24 yaşlı futbolçuya illik 3 milyon avro məvacib təklif edir. Bu məbləğin bonuslarla birlikdə 4 milyon avroya yaxın olacağı bildirilir.

Klub yeni mövsümün startından əvvəl futbolçu ilə danışıqlara başlayacaq.

İtaliyalı futbolçunun “Roma” ilə müqaviləsi 2022-ci ilin iyununda başa çatır.