“Roma”dan belçikalı futbolçu üçün 30 milyon avro

Kostas Manolası “Napoli”yə satan “Roma” axtardığı müdafiəçini İngiltərədə tapıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Tottenhem”in 30 yaşlı müdafiəçisi Tobi Alderveyreld “canavarlar”ın transfer hədəfindədir. London klubu ilə danışıqları yekunlaşdırmaq üzrə olan paytaxt təmsilçisinin bu keçid üçün “Tottenhem”ə 30 milyon avro ödəyəcəyi bildirilir.

2015-ci ildən “Tottenhem”in şərəfini qoruyan belçikalı futbolçunun klubla müqaviləsi 2020-ci ilədək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button