“Roma” yeni transferini rəsmən açıqladı

İtaliyanın “Roma” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Gənclərbirliyi”ndən Mərt Çətini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

“Roma” Mərt üçün “Gənclərbirliyi”nə 3 milyon avro təzminat ödəyib.