“Roma” yeni baş məşqçisini rəsmən açıqladı

İtaliyanın “Roma” klubunun yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisinin “sükan”ı Paulu Fonsekaya tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Portuqaliyalı mütəxəssislə müqavilə 2+1 şərti ilə bağlanıb.

Fonsekanın son iş yeri Ukraynanın “Şaxtyor” klubu olub.