“Roma” yayda icarəyə götürdü, qışda qaytarır

İtaliyanın “Roma” klubu yay transfer pəncərəsi dövründə icarə əsasında heyətinə qatdığı Nikola Kaliniçlə bağlı qərarını verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, paytaxt klubu “Atletiko”dan icarəyə götürdüyü hücumçunun çıxışından narazıdır. “Roma” qış fasiləsində Kaliniçin icarə müqaviləsinə xitam verməyi planlaşdırır.

2018-ci ildə “Milan”dan “Atletiko”ya transfer olunan xorvatiyalı futbolçunun “Roma” ilə icarə müqaviləsi iyunadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button