Pedro İtaliya klubuna keçir

“Çelsi” ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq Pedro Rodriges karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Roma” 32 yaşlı futbolçunun transferində israrlıdır. Hücumçu ilə “canavarlar” arasında danışıqların davam etdiyi və tərəflərin anlaşmağa yaxın olduğu bildirilir.

“Yuventus” və “Valensiya”nın da ispaniyalı futbolçunun xidmətində maraqlı olduğu deyilir.

2015-ci ildən London klubunun şərəfini qoruyan Pedro, cari mövsümdə 18 oyunda iştirak edib, 2 qolla yadda qalıb.