“Roma” daha bir istefa – RƏSMİ

Çempionlar Liqasında “Portu”ya məğlub olaraq mübarizəni dayandıran “Roma”da, baş məşqçi Eusebio Di Françeskonun istefasından sonra daha bir ayrılıq yaşanıb.

Komanda.az xəbər verir ki, 49 yaşlı mütəxəssisdən sonra klubun idman direktoru Ramon Monçi də istefa qərarı verib.

Bir müddətdir “Arsenal”la danışıqlar aparan idman direktoru istefa ərizəsini rəhbərliyə təqdim edib. Onun istefası qəbul olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Artıq “Roma”nın yeni idman direktoru da bəllidi. Sözügedən vəzifə Frederik Massaraya həvalə olunub.

Monçinin “Portu”yla oyundan sonra Di Françeskonu müdafiə etdiyi, amma klub prezidentinin təkbaşına qərar verdiyi və bu vəziyyətin onun istefasını tezləşdirdiyi deyilir. Monçi 2017-ci ildən “Roma”da çalışırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button