Rəsmi: “Roma” futbolçusunu satdı

İtaliyanın “Roma” klubunun yarımmüdafiəçisi Jerson karyerasıını Braziliyada davam etdirəcək.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu Braziliyanın “Flamenqo” klubuna transfer olunub. Bu keçid üçün Braziliya təmsilçisi “canavarlar”a 11,8 milyon dollar ödəyib.

Son mövsümü icarə əsasında “Fiorentina”da keçirən “sambaçı”, 2016-cı ildən “Roma”da çıxış edirdi. O, bu müddət ərzində keçirdiyi 42 oyunda 2 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button