“Roma”nı “Lester”ə dəyişir – türk futbolçu

İtaliyanın “Roma” klubunun futbolçusu Cengiz Ündər karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Lester” 23 yaşlı futbolçunun transferinə hazırlaşır. Məlumata görə, Premyer Liqa klubu Ündəri icarə əsasında heyətinə qatacaq. “Lester” bu icarə üçün “canavarlar”a 3 milyon avro ödəyəcək. Futbolçunun müqaviləsində birdəfəlik transfer etməklə bağlı bənd də olacaq. “Lester”in mövsümün sonunda 24 milyon avro müqabilində türkiyəli futbolçunu transfer edəcəyi bildirilir.

Cengizin bu gün İngiltərəyə gedərək, “Lester” üçün tibbi müayinədən keçəcəyi söylənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button