“Roma” Çempionlar Liqasına vəsiqə qazanmasa, onu satacaq

İtaliyanın “Roma” klubunun futbolçusu Edin Dzeko yay transfer pəncərəsi dövründə komandadan ayrıla bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, koronavirus pandemiyasının yaratdığı maddi durğunluq səbəbiylə paytaxt klubu 34 yaşlı futbolçunun satışını planlaşdırır. Cari mövsümün nəticələrinə görə “Roma” Çempionlar Liqasına vəsiqə qazanmasa, Dzekonun satışa çıxarılması dəqiqləşəcək.

2016-cı ildən “canavarlar”da çıxış edən bosniya və herseqovinalı futbolçunun klubla müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button