“Roma” “Barselona” ilə oyundan imtina etdi

“Barselona”nın klubun qurucusu Joan Qamperin xatirəsinə keçirdiyi Qamber kubokunda buillki rəqibi “Roma” olmayacaq.

Komanda.az xəbər verir ki, İtaliya klubu bu oyundan imtina edib.

Paytaxt təmsilçisi bu barədə rəsmi saytında məlumat yayıb. Sözügedən klubların həm kişi, həm də qadın komandaları üz-üzə gəlməliyfi. Görüşlərin avqustun 6-da “Kamp Nou”da keçirilməsi nəzərdə tutulmuşdu. Amma romalılar konkret bir səbəb göstərmədən İspaniyaya yollanmaqdan imtina ediblər.

Xatırladaq ki, “Roma” daha əvvəl 2015-ci ildə Qamper Kubokunda iştirak etmişdi. “Canavarlar” həmin vaxt “Barselona”ya 0:3 hesabı ilə uduzmuşdular.

Artıq Kataloniya klubu da “Roma”nın bu kubokdan imtinası barədə məlumat yayıb. “Barselona” yeni rəqib axtarışına start verildiyini bəyan edib. Eyni zamanda, klubun hüquq departamenti razılaşdırılmış müqavilədən imtinaya görə “Roma”dan kompensasiya tələbi imkanlarını araşdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button