“Roma” “Atletiko” ilə anlaşdı – Onun icarəsi üçün

Bir müddətdir adı mütəxlif klublarla yanaşı çəkilən “Atletiko”nun futbolçusu Nikola Kaliniçin gələcəyi məlum olub.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Roma” xorvatiyalı hücumçu üçün Madrid təmsilçisi ilə razılıq əldə edib. “Canavarlar” Kaliniçi icarə əsasında heyətinə qatacaq. Futbolçunun artıq İtaliyada olduğu və tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacağı bildirilir.

2018-ci ildə “Fiorentina”dan transfer olunan 31 yaşlı futbolçu, Madrid klubunun heyətinə keçirdiyi 17 oyunda 2 qolla yadda qalıb. Onun “Atletiko” ilə müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button