“Roma” alban futbolçudan “hə” cavabı aldı

İtaliyanın “Roma” klubu “Napoli”nin futbolçusunu transfer etməyə yaxındır.

Komanda.az “Correire dello Sport”a istinadən xəbər verir ki, “canavarlar”, “Napoli”nin müdafiəçisi Elseid Husayın transferini tamamlamaq üzrədir. Paytaxt klubunun 25 yaşlı futbolçuyla razılıq əldə etdiyi, “Napoli” ilə danışıqları davam etdirdiyi bildirilir.

“Roma”nın futbolçu üçün 25 milyon avrodan yuxarı təzminat məbləği ödəyəcəyi deyilir.

2015-ci ildən “Napoli”nin şərəfini qoruyan alban futbolçunun klubla müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button