“Roma” 23,5 milyonluq transferi rəsmiləşdirdi

İtaliyanın “Roma” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Betis”dən Pau Lopesi transfer edib.

Bu barədə “Roma”nın rəsmi saytı məlumat yayıb. Lopeslə 5 illik müqavilə imzalanıb. O, yeni komandasında 13 nömrəli formanı geyinəcək. “Canavarlar” Lopesin transferinin 23,5 milyon avroya başa gəldiyini açıqlayıb.

Lopes karyerasının ilk illərində “Jirona” və “Espanyol”un şərəfini qoruyub. 2015-ci ildə o, “Tottenhem”ə icarəyə verilsə də, London klubunda debüt edə bilməyib. 2018-ci ildə isə o, azad agent statusunda “Betis”lə 5 illik müqavilə bağlayıb. Ötən mövsüm bu komandanın heyətində 35 oyuna çıxan qolkiper 49 qol buraxıb. 25 yaşlı qolkiper həm də İspaniya millisinin üzvüdü.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button