“Onun Zidanla problemlərinin olması cansıxıcıdır” – Vidal

“Barselona”nın yarımmüdafiəçisi Arturo Vidal “Real”ın futbolçusu Xames Rodriqeslə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Rodriqesin “kral klubu”ndakı vəziyyəti barədə danışan Vidal, onun şans qazanmaması barədə bunları deyib:

“Xameslə mən “Bavariya”da inanılmaz dostluq qurduq. Onunla birlikdə tətil edirik, hər zaman danışırıq. Onun Zinəddin Zidanla problemlərinin olması cansıxıcıdır. Xamesin bu komandada start heyətdə oynamaq üçün yüksək səviyyəsi var. Bu mövsümdə ona niyə şans vermədilər, bilmirəm. Ümid edirəm ki, Xames karyerası ilə bağlı ən doğru qərarı verər və mütəmadi oynamağa başlayar. Məncə, insanlar, futbol azarkeşləri səviyyəli futbolçuları meydanda görməyi çox sevirlər və Rodriqes də onlardan biridir. O, inkişaf etmək, futbol oynamaq üçün yeni klub tapmaq məcburiyyətindədir”.