Robin van Persinin yeni iş yeri məlum oldu

Mövsümün sonunda futbolçu karyerasını başa vuran Hollandiya yığmasının sabiq üzvü Robin van Persinin yeni iş yeri məlum olub.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, son olaraq “Feyenoord”un formasını geyinən sabiq hücumçu, bundan sonra şərhçi kimi çalışacaq. İngiltərənin “BT Sport” kanalında işləyəcək van Persi, matçlardan əvvəl və sonra fikirlərini bildirəcək.