“Başqa komandaya getmək istəmirəm” – “Liverpul”un futbolçusu

İngiltərənin “Liverpul” klubunun futbolçusu Endi Robertson açıqlama verib.

Komanda.az xəbər verir ki, “TalkSport”a danışan 26 yaşlı müdafiəçi, “qırmızılar”dakı gələcəyi və baş məşqçisi Yurgen Klopp barədə fikirlərini bildirib:

“Nələr olacağını gözləyib, görəcəyik. Amma heç bir yerə getmək istəmirəm. Bu klub qısa zaman içərisində mənim üçün çox xüsusi oldu. Ailəm də, mən də bu klubu sevirik, başqa komandaya getmək istəmirəm. Gənc komandamız var və daha çox titul qazanmaq üçün növbəti illərə köklənməliyik. Çempionluq hissi inanılmazdır, amma bunun sadəcə bir dəfə olmasını istəmirik.

Klopp bizim üçün ata fiqurudur. Onunla birlikdə gülə bilərik, amma həmçinin, bizi necə motivasiya edəcəyini də bilir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button