Robben yenə oynaya bilməyəcək

Niderlandın “Qroningen” klubunun futbolçusu Aryen Robben qarşıdakı oyunlarda da komandasına kömək edə bilməyəcək.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 36 yaşlı futbolçu ən azı dekabrın əvvəllərinə qədər yaşıl meydanlardan kənarda qalacaq. Onun bu müddətdə formasını bərpa edəcəyi və fərdi plan üzrə məşq keçəcəyi bildirilir.

Uzun müddət sonra futbola qayıdan Robben bir müddət əvvəl zədələnmişdi.