Robben açıqladı: “Oynamağa davam etmək istəyirəm, amma…”

Cari mövsümün sonunda “Bavariya”dan ayrılacaq Aryen Robben gələcək karyerası ilə bağlı açıqlama verib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı futbolçu, daha 4-5 il oynamaq istədiyini deyib:

“Oynamağa davam etmək istəyirəm, amma zədələr nə qədər imkan verər, bilmirəm. Azı 4-5 il də oynamaq istəyirəm.

Karyeram boyunca hər zaman kuboklar, titullar üçün mübarizə aparmışam. Buna görə də, ilk 5-likdən kənarda olan komandada oynaya bilərəmmi, bilmirəm. Karyeramı Avropada davam etdirmək seçimim var, təkliflər gəlib. Karyeramı ABŞ-da davam etdirmək ehtimalı da var”.

2009-cu ildən Münhen təmsilçisinin şərəfini qoruyan hollandiyalı futbolçu, keçirdiyi 305 oyunda 143 qol vurub. Bu müddət ərzində o, Çempionlar Liqası da daxil olmaqla, 18 kubok qazanıb.