Rizvanov üçün 76 dəqiqə və 3 xal

Çexiyanın futbol üzrə gənclər liqasında əsas mərhələnin 3-cü turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Arziman Rizvanovun formasını geyindiyi “Bohemians” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Slovaçko” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:2.

Rizvanov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 76-cı dəqiqədə əvəzlənib.

“Bohemians”ın U-21 komandası hazırda 6 xalla 10 komanda arasında 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button