Rizvanov üçün 34 dəqiqə və darmadağın

Çexiyanın futbol üzrə gənclər liqasında əsas mərhələnin 4-cü turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Arziman Rizvanovun formasını geyindiyi “Bohemians” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Liberets”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.

Rizvanov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 34-cü dəqiqədə əvəzlənib. 16-cı dəqiqədə isə millimizin üzvü sarı vərəqə ilə cəzalanıb.

“Bohemians”ın U-21 komandası hazırda 6 xalla 10 komanda arasında 4-cü pillədə qərarlaşıb.