Rizvanov oynadı, komandası uduzdu

Çexiyanın futbol üzrə gənclər liqasında əsas mərhələnin 2-ci turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Arziman Rizvanovun formasını geyindiyi “Bohemians” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Hradec Kralove” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Rizvanov da bu görüşün iştirakçısı olub. O, 61-ci dəqiqədə meydana buraxılıb.

“Bohemians”ın U-21 komandası hazırda 3 xalla 10 komanda arasında 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button