Rizvanov 86 dəqiqə oynadı, “Bohemians”…

Çexiyanın futbol üzrə gənclər liqasında əsas mərhələnin 9-cu turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Arziman Rizvanovun formasını geyindiyi “Bohemians” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Brno” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Rizvanov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 86-cı dəqiqədə əvəzlənib.

“Bohemians”ın U-21 komandası hazırda 15 xalla 10 komanda arasında 4-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button