“Bu il “qızıl top” mükafatını Messi qazanmalıdır”

“Barselona”nın və Braziliya millisinin sabiq futbolçusu Rivaldo açıqlama verib.

Komanda.az “Marca”ya istinadən xəbər verir ki, 47 yaşlı sabiq futbolçu, bu il “qızıl top” mükafatını “Barselona”nın ulduzu Lionel Messinin qazanmalı olduğunu bildirib:

“Düşünürəm ki, bu il “qızıl top” mükafatını Messi qazanmalıdır. Düzdür, o, Çempionlar Liqasını qazana bilmədi, amma bu, şəxsi mükafatdır. O, mövsüm ərzində çox vacib qollar vurub və bu mükafata layiqdir”.