“Everton” Riçarlisonu qane etmir

“Everton”un hücumçusu Riçarlison bu yay klubu tərk edə bilər.

Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, 25 yaşlı braziliyalı futbolçu daim avrokuboklarda çıxış edən və kuboklar qazana bilən klubda oynamaq istəyir. Hücumçunun agentinin Avropanın aparıcı liqalarının bir neçə klubu ilə əlaqə saxladığı qeyd edilir.

Riçarlison bu mövsüm “Everton”da 32 oyunda 10 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2024-cü ilin yayına qədərdir.