Riberi və Robben üçün unudulmayacaq vida oyunu

Cari mövsümün sonunda “Bavariya”dan ayrılacaq Frank Riberi və Aryen Robben üçün vida oyunu təşkil olunacaq.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Münhen klubunun rəsmisi Karl-Haynts Rummenigge, hər iki futbolçunun buna layiq olduğunu deyib:

“Riberi 2007, Robben isə 2009-cu ildən “Bavariya”da çıxış edir. Hər iki futbolçu komandaya böyük fayda verib. Riberi və Robben üçün “Alyans Arena”da uzun müddət unudulmayacaq vida oyunu təşkil edəcəyik, çünki onlar buna layiqdirlər”.

Komandadakı gələcəyi müzakirə olunan baş məşqçi Niko Kovaç haqqında da danışan klub rəsmisi, bunları deyib:

“Bavariya”da heç kimin yeri yüz faizlik deyil. Hər kəs burdakı təzyiqin öhdəsindən gəlmək məcburiyyətindədir. Buna dözə bilməyənlər səhv klubdadırlar. Mövsümün sonunda hər şeyi yenidən təhlil edəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button