Riberi Hollandiyada?

Geridə qalan mövsümün sonunda “Bavariya”dan ayrılan Frank Riberi karyerasını Hollandiyada davam etdirə bilər.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, fransalı futbolçu PSV-nin transfer hədəfindədir. Komandanın baş məşqçisi Mark van Bommel 36 yaşlı futbolçunun transferində qətiyyətlidir.

Klubla Riberi arasında danışıqların başladığı və transferin tezliklə reallaşacağı bildirilir.

“Bavariya” ilə son mövsümdə 38 oyuna çıxan Riberi, 7 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button