Reytinq: “Qarabağ” “Milan”ı arxada qoydu

UEFA 2018/19-cu illər mövsümündə klubların reytinq siyahısını açıqlayıb.

Komanda.az qurumun saytına istinadən xəbər verir ki, siyahı klubların son 5 mövsümdə avrokuboklarda iştirakı əsasında hesablanıb. Son Azərbaycan çempionu “Qarabağ” 22000 xalla 70-cı sırada qərarlaşıb. Ağdam təmsilçisi bu göstərici ilə İtaliyanın “Milan”, İngiltərənin “Lester”, İspaniyanın “Real Sosyedad” kimi klublarını geridə qoyub.

“Qəbələ” 6250 xalla 173-cü olub. “Keşlə” (3000), “Neftçi” (3250), “Zirə” (0.500) və “Kəpəz” (0,500) isə müvafiq olaraq 273, 274, 275, 276-cı sıralarda qərarlaşıb.

UEFA-nın reytinq siyahısına 146000 xalla “Real” başçılıq edir. İkinci sıranı 138000 xalla “Barselona”, 3-cü sıranı isə 128000 xalla “Bavariya” tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button