Reytinq: Azərbaycan millisi…

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Komanda.az xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan millisinin mövqeyində dəyişiklik olmayıb. Milli komanda 1202 xalla 108-ci pillədə qərarlaşıb. Yığma komanda baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında hesabat dövründə AÇ-2020-nin seçmə mərhələsinin ilk turunda səfərdə Xorvatiyaya 1:2 hesabı ilə uduzub, Bakıda isə Litva millisi ilə yoldaşlıq görüşündə qolsuz heç-heçə edib.

Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərindən olan Xorvatiya yığması 1 pillə geriləyərək, 1621 xalla 5-ci sırada qərarlaşıb. 1539 xalla 19-cu yerdə olan Uelsin mövqeyi dəyişməyib. Üç pillə geriləyən Slovakiya isə 1482 xalla 32-cidir.

Millimizin yer aldığı E qrupunda irəliləyən yeganə komanda Macarıstandır. Bir pillə yüksələn macarlar 1419 xalla 51-cidir.

Reytinq cədvəlinin ilk  3 pilləsində dəyişiklik olmayıb. Lider Belçikanı (1737 xal) Fransa (1734 xal) və Braziliya (1676 xal) izləyir. İki pillə irəliləyən Türkiyə  isə 1457 xalla 39-cu sırada qərarlaşıb.