“Reyncers” Hacinin transfer hüququnu da aldı

Şotlandiyanın “Reyncers” klubu Belçikanın “Genk” klubundan icarəyə götürdüyü Yanis Hacinin transfer hüquqlarını da alıb.

Komanda.az xəbər verir ki, bu barədə “Genk”in mətbuat xidməti məlumat yayıb.

Şotlandiya təmsilçisi hələlik bu barədə rəsmi açıqlama verməyib. Amma “Genk”dən verilən məlumata görə, “Reyncers” 21 yaşlı oyunçunu satınalma şərti ilə icarəyə götürdüyündən, müqavilədəki həmin maddədən yararlanıb.

Rumıniyalı yarımmüdafiəçi bu mövsüm “Reyncers”də çıxdığı 12 oyunda 3 qola imza atıb. Əfsanəvi hücumçu Georgi Hacinin oğlu olan Yanis məhz Şotlandiyada klubundakı performansı ilə Avropa nəhənglərinin də diqqət mərkəzinə düşüb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button