Avropa Liqasında yeni rekordçu

“Renn” Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Rumıniyanın ÇFR klubuna məğlub olub – 0:1.

Komanda.az xəbər verir ki, sözügedən qarşılaşma “Renn”in futbolçusu Pepe Bonet üçün əlamətdar olub. Bu barədə Avropa Liqasının mətbuat xidməti məlumat yayıb.

Bonet, ÇFR-lə qarşılaşmada forma geyinərək, Avropa Liqası tarixində bir oyunda iştirak edən ən gənc qapıçı ünvanını qazanıb. O, sözügedən turnirdə ilk oyununa çıxarkən 16 yaş 254 günlük olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button