“Seltik”in rekordçusu vəfat etdi

“Seltik” klubunun sabiq futbolçusu Bill Maknill vəfat edib.

Komanda.az xəbər verir ki, bu barədə Şotlandiya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Maknill 79 yaşında dünyasını dəyişib.

Maknill karyerası ərzində yalnız “Seltik”də forma geyinib. O, Şotlandiya təmsilçisiylə ən çox oyun keçirən futbolçudur. “Seltik”lə 822 rəsmi qarşılaşmaya çıxan Maknill, 789 oyunda 90 dəqiqə meydanda qalıb.

Maknill futbolçu karyerasını bitirdikdən sonra “Mançester Siti”, “Aston Villa” kimi klublarda baş məşqçi işləyib. O, 1987-1991-ci illərdə “Seltik”i çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button