Region Liqasını yenə “Uğur” qazandı

Bu gün AFFA-nın təşkil etdiyi futbol üzrə Region Liqasının 2018/19 mövsümünün final oyunu keçirilib.

Komanda.az xəbər verir ki, “ASCO Arena”da keçirilən həlledici matçda Qusarın “Sahdağ” və Sumqayıtın “Uğur” komandaları qarşılaşıb.

Final matçında inamlı qələbəyə sevinən “Uğur” Region Liqasının qalibi edib.

Region Liqası, Final
13 may

Sahdağ – Uğur 0:2
Qol
: Vüsal Bayımov, 83. Vüqar Nadirov, 90+7.
Hakimlər: Kamal Umudlu, Yaşar Abbasov, Zöhrab Abbasov, Səbuhi Bayramov.
Bakı. “ASCO Arena”.

Qeyd edək ki, ilk dəfə ötən il keçirilən bu turnirin qalibi “Uğur” olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button