Region Liqası: Yarımfinalçılar məlum oldu

AFFA-nın təşkil etdiyi Region Liqasının 2018/2019-cu il mövsümünün ikinci pley-off mərhələsinin cavab oyunları keçirilib.

Komanda.az xəbər verir ki, bununla da yarımfinalda qarşılaşacaq cütlüklər məlum olub. Nəticələri və yarımfinalda qarşılaşacaq komandaları diqqətinizə çatdırırıq:

Region Liqası, 2-ci pley-off mərhələsi

Uğur (Sumqayıt) – Energetik (Mingəçevir) 2:0
(ilk oyun 1:3)

Şahdağ (Qusar) – Şirvan (Ağdaş) 6:0
(ilk oyun 0:0)

Füzuli – FC Baku 0:1
(ilk oyun 1:1)

Region Liqası, yarımfinal mərhələsi

FC Baku – Şahdağ
Uğur – Araz Naxçıvan