“Onlar Çempionlar Liqasının favoritidir”

“Atletiko”nun yarımmüdafiəçisi Koke, Çempionlar Liqasında “Barselona”nın öz meydanında “Liverpul”u 3:0 hesabı ilə məğlub etdiyi oyunla bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu, katalonları turnirin favoriti olaraq gördüyünü deyib:

“Mənə görə, bu səviyyədə gözəl futbolu ancaq “Barselona” oynaya bilər. Onlar Çempionlar Liqasının favoritidir. Lionel Messi belə formadadırsa, digər komandaların edə biləcəyi heç nə yoxdur”.

Öz komandası haqqında da danışan ispan futbolçu, bunları deyib:

“Bizdən gözləntilər çox böyükdür, amma reallığa qayıtmaq lazımdır. Məncə, komandamız çox yaxşı mövsüm keçirir. Amma qəbul etmək lazımdır ki, bəzi vacib oyunlarda məğlub olduq. “Yuventus”a məğlub olduğumuz oyun bizim üçün çox böyük xəyal qırıqlığı idi. Amma nəticə olaraq, “Yuventus” da möhtəşəm komandadır.

Dieqo Simeone ilə yeni bir oyun sistemimiz var və bunun sayəsində uğurlar qazandıq. Bu halda, niyə öz sistemimizi dəyişdirək ki?”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button