Qaret Beyl “düyün”ü

“Real”ın futbolçusu Qaret Beylin “Tottenhem”ə transfer oluna biləcəyini xəbər vermişdik.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, londonlular 31 yaşlı futbolçunun transferinə yaxındır. Klublar arasında keçidlə bağlı razılıq əldə olunsa da, məvaciblə bağlı son qərara gəlinməyib. Belə ki, uelsli futbolçu yeni klubunda illik 17 milyon avro qazanacaq. “Tottenhem” bu məbləğin 50 faizini ödəyəcəyini bildirsə də, “Real” məvacibin tam olaraq ödənməsini istəyir. Məsələ burasındadır ki, İngiltərə klubu Beylin məvacibinin yarısını “Real”ın ödəməsini istəyir.

Beyl 2007-2013-cü illərdə “Tottenhem”in şərəfini qoruyub.