“Real”la Çempionlar Liqasının final oyunundakı məğlubiyyətdən sonra hər şey dəyişdi”

“Liverpul”un futbolçusu Sadio Mane açıqlama verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, seneqallı futbolçu, “qırmızılar” haqqında danışıb:

“Liverpul”la birlikdə uğurlar qazandıq, amma daha artığını istəyirik. Yenidən Çempionlar Liqasını, Premyer Liqanı qazanmaq istəyirik. Amma bilirik ki, bu, asan olmayacaq. Sona qədər mübarizə aparmalı, uğurlara ac olmalıyıq. “Real”la Çempionlar Liqasının final oyunundakı məğlubiyyətdən sonra hər şey dəyişdi. Həmin oyundan sonra özümüzə daha çox inandıq. Azarkeşlər sadəcə həftə sonu meydanda olanları görürlər, amma iş evdə və məşqdə çalışmaqdan başlayır. Burdakı hər futbolçu daha da yaxşı olmaq istəyir.

Artıq qarşılaşmalara daha ciddi yanaşırıq və hər oyuna final kimi baxırıq”.