“Real”la “Barselona”nın rəqibləri bəlli oldu

Futbol üzrə İspaniya kubokunda 1/16 final mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, La Liqa nəhənglərinin də bu mərhələdəki rəqibləri bəlli olub.

Belə ki, “Barselona” 1/8 finala vəsiqə qazanmaq üçün “İbiza”yla, “Real” “Unionistas”la, “Atletiko” “Leonesa”yla, “Valensiya” isə “Loqronyes”lə mübarizə aparacaq.

1/16 final mərhələsində qaliblər bir oyuna müəyyənləşəcək. Qarşılaşmalar yanvarın 22-də keçiriləcək.

İspaniya kuboku, 1/16 final

Loqrones – Valensiya
İbiza – Barselona
Unionistas – Real
Leonesa – Atletiko
Sevilya – Levante
Real Sosyedad – Espanyol
Saraqosa – Malyorka
Elçe – Atletik
Jirona – Vilyarreal
Tenerife – Valyadolid
Mirandes – Selta
Rayo Valyekano – Betis
Rekreativo – Osasuna
Badalona – Qranada
Badaxos – Eybar
Ebro – Leqanes