“Real”ın yeni transferinin halı pisləşdi – VİDEO

Madrid “Real”ının yeni transferi Eder Militaonun bu gün təşkil olunan mətbuat konfransında gözlənilməz hadisə yaşanıb.

Komanda.az xəbər verir ki, braziliyalı müdafiəçi özünü pis hiss etməyə başlayıb və bu üzdən konfrans yarıda qalıb.

Madridə gələrək tibbi müayinədən keçən 21 yaşlı futbolçu müqavilə imzaladıqdan sonra “Santyaqo Bernabeu” stadionunda azarkeşlərə təqdim olunub. Daha sonra jurnalistlərin qarşısına çıxan Militao özünü pis hiss edib. Futbolçu mətbuat konfransını yarıda saxlayaraq, zalı tərk edib.

Qeyd edək ki, “Real” Militaonu 50 milyon avro qarşılığında “Portu”dan transfer edib.