“Buraya gələrək uşaqlıq xəyalımı gerçəkləşdirdim” – Reynier

“Real”ın yeni transferi Reynier Xesus Karvalyo açıqlama verib.

Komanda.az xəbər verir ki, klubun saytına danışan 18 yaşlı yarımmüdafiəçi Madrid təmsilçisinə keçidi haqda bunları deyib:

“Real”ın mənimlə maraqlandığını eşidəndə möhtəşəm hisslər keçirmişdim. “Real” nəhəng klubdur və hər futbolçu orada futbol oynamaq istəyər. Buraya gələrək uşaqlıq xəyalımı gerçəkləşdirdim. Bu klubun tarixinin bir parçası olmaq istəyirəm”.

“Real” Reynieri Braziliya “Flamenqo”sundan 30 milyon avroya transfer edib. Onun əvvəlcə “Real”ın ikinci komandası olan, üçüncü liqada çıxış edən “Kastilya”da oynayacağı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button